Aİ ABŞ-dakı bank iflaslarının yayılmasını gözləmir | Banco.az

Aİ ABŞ-dakı bank iflaslarının yayılmasını gözləmir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) ABŞ-dakı bank iflaslarının geniş vüsət alacağını gözləmir.

Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Silikon Vadisi Bankının (SVB) İttifaq səviyyəsində çox məhdud iştiraka malik olduğunu və ABŞ-da bank iflaslarının yayılmasının gözlənilmədiyini açıqlayıb.

Aİ Komissiyasının baş prezidenti Valdis Dombrovskis və Aİ-nin müddətli prezidenti və İsveçin Maliyyə naziri Elizabet Svantesson Aİ-yə üzv ölkələrin maliyyə nazirlərinin Brüsseldə keçirilən görüşündən sonra jurnalistlərə açıqlama veriblər.

ABŞ bank sektorunda baş verənləri yaxından izlədiklərini vurğulayan Dombrovskis ABŞ rəsmilərinin sürətli və qəti qərarlarını qeydə aldıqlarını ifadə edib.

Ən sərfəli kredit üçün müraciət et

Dombrovskis həmçinin əlavə edib ki, SVB iflasının Aİ ölkələrinə yayılacağını gözləmirlər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et