Aİ-95 markalı benzinin qiymətinin dəyişməsi nəyə təsir edəcək? | Banco.az

Aİ-95 markalı benzinin qiymətinin dəyişməsi nəyə təsir edəcək?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Xəbər verdiyimiz kimi, Aİ-95 markalı avtomobil benzininin 1 litrinin qiyməti 1.60 manat olacaq.

Qiymət dəyişimi Banco.az-a açıqlama verən iqtisadçı Günay Hüseynova bildirib ki,  bu bazarda məhsulların qiymətinin azalmasına təsir etməyəcək:

“Ümumiyyətlə,  burada əsasən, iki faktor diqqət çəkir. Birincisi,  neft hasilatının azalması və  neft emalı zavodlarının yeni standartlara cavab verməsi üçün kapital qoyuluşu ilə bağlıdır.
Əgər, qiymətlərdə hər hansı dəyişiklik olarsa, ərzaq və qeyri-ərzaq məhsullarının qiymətində azalmağa doğru dəyişiklik olmayacaq.
Bildiyiniz kimi, azad bazar iqtisadiyyatında sahibkara qiymət diqtə etmək imkanı çətindir. Hazırda isə kənd təsərrüfatı sahəsində ciddi tənzimləmələrə ehtiyac var. Əks halda əziyyət çəkən kəndli olacaq”.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et