Aİ 7 ölkəyə bulud hesablama texnologiyaları üçün 1,2 milyard avroluq dövlət dəstəyi göstərəcək | Banco.az

Aİ 7 ölkəyə bulud hesablama texnologiyaları üçün 1,2 milyard avroluq dövlət dəstəyi göstərəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Aİ 7 ölkəyə bulud hesablama texnologiyaları üçün 1,2 milyard avroluq dövlət dəstəyi göstərməyə razılıq verib.

Banco.az xəbər verir ki, Avropa Komissiyası Almaniya, Fransa, İtaliya, İspaniya, Hollandiya, Polşa və Macarıstanın qabaqcıl bulud texnologiyalarının tədqiqi, inkişafı və ilkin sənaye quraşdırılmasını dəstəkləmək üçün hazırladığı birgə layihənin təsdiqləndiyini açıqlayıb.

Avropa Komissiyasının mövzu ilə bağlı bəyanatında “Növbəti Nəsil Bulud İnfrastruktur və Xidmətləri” layihəsinin qarşılıqlı fayda təmin edəcəyi və üzv ölkələrin ümumilikdə 1,2 milyard avroya qədər dövlət maliyyəsi təmin edə biləcəyi bildirilib.

Sözügedən dövlət dəstəyi ilə yanaşı, 1,4 milyard avroluq özəl investisiyanın da səfərbər ediləcəyi vurğulanan bəyanatda “Siemens”, “Atos”, “Orange”, “Deutsche Telekom”, “Telecom Italia” və “Telefonica Espana” kimi 19 şirkətin də layihədə iştirak edəcəyi qeyd olunub.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bulud hesablamaları sahəsində ABŞ-dakı rəqiblərindən xeyli geri qalan Aİ şirkətləri sözügedən dəstəklə bu sahədə irəliləmək istəyirlər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et