Müəllif - Aida İsaq, Banco.az
Avropa İttifaqı 2025-ci ilə qədər 50 min qaçqını qəbul etmək üçün 500 milyon avro ayırmaq niyyətindədir.
Banco.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen məlumat verib. Onun sözlərinə görə, miqrasiya siyasəti ilə bağlı məsələlər Aİ-nin martın sonunda keçiriləcək növbəti sammitində müzakirə olunacaq. AK nümayəndəsi eyni zamanda Avropa İttifaqında miqrasiya probleminin getdikcə kəskinləşdiyini və bu istiqamətdə hər hansısa radikal həll yolunun tapılmasının çətin olduğunu əlavə edib.
Bizi sosial şəbəkələrdən izləyin!!