Aİ 2024-cü il üçün büdcə layihəsini hazırlayıb | Banco.az

Aİ 2024-cü il üçün büdcə layihəsini hazırlayıb

Müəllif - Aida İsaq, Banco.az

Aİ 2024-cü il büdcə layihəsi ilə bağlı təklifini açıqlayıb.

Banco.az xəbər verir ki, layihəyə əsasən, Aİ-nin gələn il büdcəsi 189,3 milyard avro təşkil edəcək. Bununla yanaşı, Kovid-19 pandemiyasının iqtisadi təsirlərinə qarşı hazırlanan bərpa proqramı çərçivəsində üzv ölkələrə 113 milyard avro yardım ayrılması nəzərdə tutulur.

Büdcə və qrant proqramı Avropanın iqtisadi dirçəlişini davam etdirmək, məşğulluğu artırmaq və strateji muxtariyyəti gücləndirmək məqsədi daşıyacaq.

Qeyd olunur ki, büdcə Avropanın dayanıqlılığını əsas hədəf tutaraq yaşıl və rəqəmsal transformasiya üçün xərclərə üstünlük verəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram