Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 11-ci sanksiyalar paketinin təfərrüatlarını açıqlayıb.
Banco.az xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen Kiyevə rəsmi səfəri çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenski ilə baş tutan görüşdən sonra açıqlamalar edib.
O, görüşdə əsas məsələnin Rusiyaya qarşı sanksiya mövzusu olduğunu bildirib. Fon der Leyen bu vaxtadək tətbiq edilən sanksiyaların fayda verdiyini vurğulayaraq Rusiyadan idxalın 2/3 nisbətində azaldılması ilə bu ölkəni əhəmiyyətli gəlir mənbələrindən məhrum etdiklərinə diqqət çəkib.
Sədr həmçinin ardıcıl 10 sanksiya paketindən sonra növbəti 11-cinin Komissiya tərəfindən üzv ölkələrə təqdim edildiyini söyləyib.
Sonuncu paketin əvvəlki sanksiyalardakı boşluqların aradan qaldırılmasına yönəldiyinə diqqət çəkən Fon der Leyen bunun G7 ölkələri ilə sıx əməkdaşlıq çərçivəsində edildiyini izah edib. O, 11-ci sanksiya paketi çərçivəsində mövcud vasitələri gücləndirəcəklərini vuröulayaraq tranzit qadağasına qabaqcıl texnologiya və təyyarə hissələri kimi daha çox məhsul əlavə ediləcəyini və sözügedən məhsulların 3-cü ölkələrdən Rusiyaya keçə bilməyəcəyini qeyd edib.
Bizi sosial şəbəkələrdən izləyin!!