Agromix-in 3 illik fəaliyyət ildönümünə həsr olunmuş tədbir keçirilib | Banco.az

Agromix-in 3 illik fəaliyyət ildönümünə həsr olunmuş tədbir keçirilib

"Netwoking Azerbaijan" Biznes Klubunun təşkilatçılığı ilə Agromix-in 3 illik fəaliyyət ildönümünə həsr olunmuş tədbir keçirilib. 

Biznes klubundan Banco.az-a verilən məlumata görə, "PORT Wine and GRILL"-də baş tutan tədbirdə ölkənin biznes sahəsinin təmsilçilərini kiçik və orta sahibkarlıq subyektlərinin rəhbər və təmsilçiləri işirak edib. "Netwoking Azerbaijan"-ın tərəfindən təşkil olunanan digər toplantılarda olduğu kimi, tədbirin əsas məqsədi sahibkarlar arasında işgüzar əlaqələrin qurulması və genişləndirilməsindən ibarət olub.

Tədbir zamanı sahibkarlar, sərbəst mühitdə  Azərbaycanın və dünyanın işgüzar aləmindəki son tendensiyaları canlı müzakirə etməyə, fikir və təcrübələrini bölüşüb. Azərbaycanın biznes ekosisteminin çoxsaylı təmsilçilərinin iştirak etdiyi  tədbirdə  Baku Translation şirkətinin təsisçisi Orxan Hacıyev qonaqları giriş sözü ilə salamlayaraq,sahibkarlıq subyektlərinin rəhbərlərinin görüşərək işgüzar əlaqələr qurduğu və fəaliyyətlərində irəliləyişə səbəb olan əməkdaşlıq perspektivlərini müzakirə etdiyi belə tədbirlərin iqtisadi inkişafda mühüm rol oynadığını qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

"Networking Azerbaijan" biznes klubunun bütün tədbirlərində olduğu kimi, bu gecə də rahat ab-havada keçərək, iştirakçılarının yüksək əhval-ruhiyyəsini təmin edib.

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et