Türkiyənin "Garanti Bankası"nın Baş direktoru Ali Fuat Erbil, valyutadakı hərəkətliliyə münasibət bildirərkən "Ağlımız kəsmir" açıqlamasını edib.
Özəl bir xəbər kanalında çıxış edən Erbil, "Nə olur ki, hazırda bu səviyyələri görürük. Mən bankir kimi iqtisadi qanunlar ilə əsaslandıra və şərh verə bilmirəm",- deyib.
Erbili açıqlamasında deyib:
"Bu dalğalanma başqa təsirlər ilə bağlıdır. Dünyada qlobal sistemdə bir sıra daşlar yerindən oynayır. İş qaydalarında ciddi dəyişikliklər olur. Bizə söylənən kitabın yazdığı, ağlın göstərdiyi şeylər bəllidir. Bir ölkəyə investisiya yatıran zaman ilk baxacaqsınız şey o ölkənin maliyyə vəziyyətidir. Bizim ölkəmizin borcu nədir? Bu çox mühümdür. Dövlətinin borcu müəyyən meyarlardan çox aşağıdır, ÜDM-in 30%-dən belə azdır. Bu çox aşağı faizdir. İkincisi, büdcə kəsiri. Böyüyürük. Son zamanlarda ciddi mənada müdafiə xərcimiz var. Bunlara baxmayaraq Türkiyənin dövlət büdcəsi kəsiri keçən il 1,5% təşkil edib. Bunlar qəbul edilən rəqəmlərdən çox-çox aşağıdır. İkincisi banklar. Türkiyənin bankçılığı çox dəyişib. Çox güclü bir sektorumuz var. Gəlirlərimiz yaxşıdır. Bankla bağlı da bir çətinlik yoxdur. Hazırda bankların yaradacağı ümumi likvidlik qısa müddətdə 100 milyard dollara yaxındır. Yarısı onsuz da xaricdə olan müştərilərinin əmanətləridir. Cari kəsirin çox daha pisini gördük ki, indi onun yarısındayıq. Cari kəsir düşəcək. Məzənnələrin yüksəlib. Bu istər-istəməz cari kəsiri aşağı salacaq".
fed.az