"Ağıllı ayaqqabılar" satışa çıxarılacaq | Banco.az

"Ağıllı ayaqqabılar" satışa çıxarılacaq

Hindistanın Ducere Technologies startapı sentyabrda ağıllı Lechal ayaqqabısının satışlarına başlayacaq. Bu ayaqqabı onun sahibinə əvvəlcədən seçilmiş marşrut üzrə harada və nə zaman dönmək lazım gəldiyini bildirəcək.

Belə ayaqqabının düzgün işləməsi üçün smartfon lazımdır. Cihazla əlaqə Bluetooth modulu vasitəsi ilə həyata keçirilir. Güman edilir ki, Lechal smart ayaqqabısı ilk növbədə gözdən əlil və idmançılar üçün nəzərdə tutulub. 

Ən sərfəli kredit üçün müraciət et

Bu ayaqqabının qiyməti təxminən 150 dollar təşkil edəcək. Şirkətin saytında iki rəngli (qırmızı və qara) bir model təqdim edilib.

Mənbə: milli.az

Ən sərfəli krediti almaq üçün müraciət et