Hazırda Azərbaycanın enerji bazarında alternativ enerjinin payı 1232 meqavattdır ki, bu da ümumi kütlənin 16%-i deməkdir. Bunu "Infrastructure, Power & Renewable Energy Investment Conference" adlı tədbirdə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (AREA) nümayəndəsi Rauf Qurbanov deyib.
Onun sözlərinə görə, bu həcmun 20%-ə çatdırılması nəzərdə tutulub: "Azərbaycanın çox böyük alternativ enerji ptensialı var. Ölkəmizin ümumi potensialı 25300 megavattdır ki, ondan da 62,8 mlrd. kilovatt/saat elektrik enerjisi almaq mümkündür".
AREA rəsmisi bu sahənin inkişafında mane olan səbəbi də açıqlayıb: "Əsas çətinlik ayrılan kreditlərin yüksək faizlə verilməsidir".
Mənbə: Report.az