“AGBank”ın səhmdarlarından 2-si payını satıb | Banco.az

“AGBank”ın səhmdarlarından 2-si payını satıb

“AGBank” ASC-nin 85 səhmdarından 2-si payını satıb.

Bu barədə Banka istinadən xəbər verir.

Məlumata görə, onların payını “AGBank”ın əsas səhmdarı və Müşahidə Şurasının sədri Çingiz Əsədullayev alıb. Son nəticədə onun Bankdakı payı 31,68%-dən 33,57%-ə yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, "AGBank" 1992-ci ildə "Azəriqazbank" adı ilə fəaliyyətə başlayıb, 2012-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 102,2 mln. manatdır. Bankın səhmlərinin qalan 4,28%-i Beynəlxalq Maliyyə Korporasiyasına (IFC), 2,45%-i “Kazimir Partners” şirkətinə, 5,79%-i Fərzulla Yusufova, 8,3%-i Marçenko Qriqoriyə (Qazaxıstan Mərkəzi Bankının keçmiş sədri), 45,61%-i isə 78 minoritar səhmdara məxsusdur. 

Mənbə: Report.az