AGBank- VAKANSİYA | Banco.az

AGBank- VAKANSİYA

"AGBank"ın "Gəncə və Ağdaş filiallarına müştəri xidmətləri üzrə mütəxəssis" vəzifəsinə olan iş elanını nəzərinizə çatdırırıq:

Tələblər:

• Ali təhsil
• Müştərilərlə iş təcrübəsi arzuolunandır
• Azərbaycan dillərində sərbəst danışma
• İngilis və rus dili arzuolunandır
• Microsoft Office proqramlarından sərbəst istifadə bacarığı
• Gülərüz
• Operativ
• Kommunikativ
• Xoş xarici görünüş

Vəzifə öhdəlikləri:

  •  Müştərilərə kreditlə bağlı ətraflı məlumat verilməsi
  •  Daxil olan zənglərə peşəkar qaydada cavab vermək və onları düzgün istiqamətdə yönəltmək
  •  Filiala gələn qonaqları qonaqpərvərlik və nəzakətlə qarşılamaq
  •  İsmarıcları qəbul etmək, onları yazılı surətdə dərhal daxili elektron poçt vasitəsi ilə ünvanına göndərmək
  •  Poçt xidmətləri vasitəsi ilə məktubları göndərmək
  •  Filiala faksla daxil olan sənədləri çeşidləmək və ünvanlanan şəxsə çatdırmaq
  •  Çıxan və daxil olan poçtu qəbul etmək, qeyd aparmaq və çeşidləmək.

İş şəraiti:

Ən sərfəli kredit üçün müraciət et

  • İş yeri - AGBank-ın Gəncə və Ağdaş ofisi
  • Həftədə 5 iş günü (09:00 – 18:00) fasilə (13:00-14:00)
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • Mehriban kollektiv və karyera inkişafı imkanları

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi (anketlərinizi) qeyd olunmuş mail ünvanına [email protected] (Zaur İzmaylov) göndərin.

Mövzuda – Müştəri xidmətləri üzrə mütəxəssis qeyd etməyiniz xahış olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et