Sentyabrın 6-da "AGBank" ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
Məlumata görə, yığıncaq "AGBank"ın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Cəlil Məmmədquluzaəd küçəsi, 102A ünvanında olacaq.
Yığıncağın gündəliyinə Bankın İdarə Heyətinin və Audit Komitəsinin hesabatlarının, maliyyə nəticələrinin və nizamnaməsinə dəyişikliklərin təsdiq edilməsi məsələləri daxildir.
Bu barədə "Report" Banka istinadən xəbər verir.