Bankın kapital mövqeyinin möhkəmləndirilməsi məqsədilə “AGBank” ASC tərəfindən hər birinin nominal dəyəri 2 manat olan 7 mln. manat məbləğində 3,5 mln. ədəd adi səhmlərin emissiya edilməsi qərara alınıb.
Bununla əlaqədar bankın kütləvi təklif üsulu ilə yerləşdirilən nominal dəyəri 2,00 manat olan 3,5 mln. ədəd adi sənədsiz adlı səhminin emissiyasının dövlət qeydiyyatına alınması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edilib.
Yeni səhm emissiyasından sonra Bankın nizamnamə kapitalı 109,2 mln. manata qədər yüksələcək. 2018-ci ilin sonuna qədər isə nizamnamə kapitalının 125 mln. manata çatdırılması gözlənilir.
Məlumat üçün bildirək ki, "AGBank"ın səhmdarlarının 4 mart 2016-cı il tarixli növbədənkənar ümumi yığıncağında nizamnamə kapitalı 77,2 mln. manat artırılaraq 102,2 mln. manata çatdırılıb.