“AGBank” nağdlaşdırmaya görə kartlara blok qoydu | Banco.az

“AGBank” nağdlaşdırmaya görə kartlara blok qoydu

“AGBank” sahibkar kartlarına nağdlaşdırma ilə bağlı blok qoyub.

Son 2-3 gündə sahibkarlar kart vasitəsilə bankdan nağd qaydada pul çıxara bilmirlər. Sahibkar hesabından pul çıxarmaq istəyən müştəri artıq birbaşa bankomata yaxınlaşa bilmir, bunun üçün bankın filialına getməli və əlavə pul ödəyib çek kitabçası almalıdır.

Məsələ ilə bağlı “AGBank”dan bildirilib ki, məhdudiyyət yalnız hüquqi şəxs və sahibkar kartlarına qoyulub. Bu da “Nağdsız hesablaşmalar haqqında” qanunun tələbləri ilə bağlıdır:

Bununla belə, sahibkar kartlarından nağdsız qaydada istifadə etmək mümkündür və buna dair heç bir məhdudiyyət qoyulmayıb. Eyni zamanda müştərinin istəyinə əsasən vəsait cari hesaba qaytarıla bilər.

Ən sərfəli kredit üçün müraciət et

İqtisadçı-ekspert Əkrəm Həsənovun sözlərinə görə, bu Vergi Məcəlləsinə edilən dəyişiklərin həm sahibkarlara, həm də banklara yaratdığı çətinliklərdir.

Belə ki, hazırda bəzi bankların bankomatları proqram əlavə edilmədiyi üçün nağdlaşdırmaya görə 1%-lik vergini tuta bilmir. Vergi orqanı tərəfindən cəzalanmamaq üçün banklar da nağdlaşdırma üçün filiala müraciət edilməsini tələb edir. Belə olan halda bank nağdlaşdırma zamanı 1%-lik vergini dərhal çıxıb vəsaiti müştəriyə verir.

Ekspert hesab edir ki, əslində bu proses banka sərfəli deyil: “Bank kart sistemini ona görə tətbiq edir ki, daha az işçi cəlb etsin. Belə olan halda isə müraciətlərə görə daha çox işçi xidmət göstərməlidir”.

Mənbə: Fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et