AGBank bağlanmayacağını bildirir | Banco.az

AGBank bağlanmayacağını bildirir

Son zamanlar bəzi informasiya saytlarında AGBank-ın bağlanması haqqında məlumatlar yayılıb.
Banco.az-ın Fins.az-aistinadən məlumatına görə, AGBank-ın İdarə Heyəti Sədrinin müavini, Əfqan Cəlilov bu silsilədən yayılan məlumatları şayiə adlandırıb: 

Bu resurslar bankımız haqqında yazarkən heç bir mənbəyə istinad etməyiblər. Bundan əlavə AGBank-ın bağlanmasına heç bir maliyyə, iqtisadi, hüquqi əsas da yoxdur. Bildiyiniz kimi, AGBank 22 ildən artıqdır ki, ölkəmizdə fəaliyyət göstərir və ən etibarlı banklar sırasındadır. Son bir il ərzində bankın aktivləri 63.5 milyon manat və ya 12.4% artaraq 513.1 milyon manata çatmışdır. Aktivlərin həcminə görə bank ilk 8-yə daxildir. Bu dövr ərzində, Kredit portfeli 40 milyon manat artaraq 372.5 milyon manat, depozit portfeli isə 33.8 milyon manat və 11.1% artaraq 302.4 milyon təşkil etmişdir. Hal-hazırda bankın məcmu kapitalı 53.4 milyon manata keçmişdir.”

Ən sərfəli kredit üçün müraciət et

Həqiqətə uyğun olmayan məlumatların yayılmasından təəssüflənən Ə. Cəlilov bildirib ki, Dünya praktikasında, maliyyə institutları haqqında qeyri-dəqiq, əsaslandırılmamış və mənbəsiz məlumatları KİV-lər yaymır: “Yaxşı olardı ki, bizim informasiya resursları da buna əməl etsin. İstənilən bank haqqında yayılan məlumat onun maliyyə göstəricilərinə əsaslanmalıdır. AGBank-ın rəsmi saytı mövcuddur və Azərbaycan Respublikası Mərkəzi Bankının tələblərinə uyğun olaraq, AGBank öz maliyyə göstəriciləri haqqında məlumatı həmin saytda yerləşdirir. Bu məlumatları bankın rəsmi saytından əlavə Mərkəzi Bankın rəsmi bülletenlərindən də əldə etmək olar. Haqqımızda yazmaq istəyənlər ilk növbbədə bu mənbələrə müraciət etsələr həqiqətdən uzaq olan məlumatlar ümumiyyətlə ərsəyə gəlməz.”