AGBank ASC STEP IT Academy ilə əməkdaşlıq memorandumu imzalayıb! | Banco.az

AGBank ASC STEP IT Academy ilə əməkdaşlıq memorandumu imzalayıb!

AGBank ASC STEP IT Academy ilə əməkdaşlıq memorandumu imzalayıb! Dünyanın 19 ölkəsində fəaliyyət göstərən STEP IT Academy-də təhsil almış məzunlar həm yerli, həm də beynəlxalq bazarın tələblərinə cavab verən mütəxəssislərdir. Təhsil proqramı dövlət kurrikulum sisteminin tələblərinə uyğun olub, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir.

3 əsas ixtisas üzrə (Kompüter qrafikası və dizayn, Proqramlaşdırma, Şəbəkələr və kibertəhlükəsizlik) təhsil verən Akademiya Azərbaycanın qabaqcıl şirkətləri ilə əməkdaşlıq memorandumu imzalayır və tələbələrin əksəriyyəti artıq təhsil müddətində iş yerləri tapırlar. AGBank ilə imzalanmış memorandum da tələbələrin AGBank tərəfindən işlə təmin edilməsinə imkan yaradacaq.

Ən sərfəli kredit üçün müraciət et

Kompüter akademiyasında təhsil müddəti 2,5 il nəzərdə tutulub. Tələbələr təhsilini bitirdikdə bu akademiyanın beynəlxalq diplomunu, həmçinin partnyor-şirkətlərin (Microsoft, Cisco və Autodesk) beynəlxalq sertifikatlarını alırlar.

Qeyd edək ki, STEP IT Academy Avropa, Asiya, Şimali və Cənubi Amerikanın 19 ölkəsində 66 filiala malikdir. Akademiyanın məzunları Microsoft, IBM, Skype, Cisco, HP, Siemens, Amazon kimi beynəlxalq şirkətlərdə işləyirlər. İmzalanmış memoranduma əsasən, tələbələr Azərbaycanın aparıcı banklarından olan AGBank ASC-də karyera qurmaq imkanını alacaqlar.

Ən sərfəli krediti almaq üçün müraciət et