AGBank ASC daha 1 ATM istifadəyə verdi. ATM-lərin sayı 60 çatdı! | Banco.az

AGBank ASC daha 1 ATM istifadəyə verdi. ATM-lərin sayı 60 çatdı!

Ölkənin ən böyük banklarından biri olan AGBank daha 1 yeni bankomatı istifadəyə verib. 
Bankomat Bakı şəhəri, Fatmayi qəsəbəsi, Fatmayi-Görədil yolunda, Lukoil YDM yaxınlığında müştərilərin istifadəsinə təqdim edilib. 
Bankomatların sayına görə, AGBank Azərbaycanda fəaliyyət göstərən banklar sırasında 60 ATM ilə ilk sıralarda qərarlaşıb. Bank hər il bankomatların sayının artırılması, onların texniki baxımdan yenilənməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirir. 
Məlumat üçün bildirək ki, AGBank-ın bankomatları vasitəsilə nağd pulun alınması, kart hesabı üzrə çıxarışların alınması, mobil rabitə operatorlarının xidmətlərinin ödənilməsi, kommunal xidmətlərinin ödənilməsi, cash in, bir kartdan digər karta pul vəsaitinin köçürülməsi (Card-to-Card xidməti) və s. əməliyyatları aparmaq mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, AGBank hazırda 18 filial, 1 şöbə və Bakı, Sumqayıt, Gəncə, Yevlax, Ağdaş, Şamaxı, Şirvan və Salyanda yerləşən və 7/24 rejimində çalışan 60 bankomatla əhalinin xidmətindədir.
AGBank. Zəngin olmaq haqqınızdır!

Ən sərfəli krediti almaq üçün müraciət et