Ağ Ev: "Fed daha çox faiz endirməlidir" | Banco.az

Ağ Ev: "Fed daha çox faiz endirməlidir"

Ağ Evin Ticarət məsləhətçisi Peter Navarro Fed-in il sonuna qədər daha çox faiz endirməsi lazım olduğunu söyləyib. 

Navarro "Fox News"a verdiyi müsahibəsində, "75 və ya 100 bənd endirim Amerikanı dünyanın geri qalanı ilə eyni xəttə gətirər",- deyib.

ABŞ Prezidenti Donald Tramp da faizin daha çox endiriməsi lazım olduğunu bildirir və Fed-i tez-tez tənqid edir.

İyulun sonunda Fed faizi 25 bənd aşağı salmışdı. Tramp bu faiz endirimindən məyus olduğunu dilə gətirmişdir.  

Marja