Ağ Ev: ABŞ Qrenlandiyanı almaq üçün bütün variantları nəzərdən keçirir | Banco.az

Ağ Ev: ABŞ Qrenlandiyanı almaq üçün bütün variantları nəzərdən keçirir

Müəllif:Mehin Qasımova,Banco.az

Ağ Ev Donald Tramp administrasiyasının Qrenlandiyanı əldə etmək üçün müxtəlif variantları, o cümlədən ABŞ ordusundan istifadəni nəzərdən keçirdiyini açıqlayıb.

Banco.az xəbər verir ki, Ağ Evin sözçüsü Karolin Tramp administrasiyasının Qrenlandiyaya yanaşmasını qiymətləndirib.

Leavitt bildirib ki, Prezident Tramp Qrenlandiyaya sahib olmağın ABŞ-ın milli təhlükəsizlik prioriteti olduğunu və Arktika bölgəsindəki düşmənlərimizi çəkindirmək üçün vacib olduğunu açıq şəkildə bildirib:

"Prezident və onun komandası bu vacib xarici siyasət məqsədinə çatmaq üçün müxtəlif variantları müzakirə edir və ABŞ ordusundan istifadə həmişə Baş Komandanın sərəncamında olan bir seçimdir".

Tramp əvvəlki gün verdiyi açıqlamada milli təhlükəsizlik səbəbləri ilə Qrenlandiyaya sahib olmalarının vacibliyini və bunun, xüsusən də Rusiya və Çinə qarşı təhlükəsizlik prioriteti olduğunu bildirib.