Mərkəzi Bank “AGBank”ya borcu Maliyyə Bazarlarına Nəzarət Palatasının təklifi ilə ayırıb.
Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib.
Sədr qeyd edib ki, “AGBank” sağlamlaşdırılır:
"“AGBank"a borc onun sağlamlaşdırılması tədbirləri çərçivəsində verilib. Verilən vəsaitin bir hissəsi Maliyyə Bazarlarına Nəzarət Palatasının çağırışı, təklifi ilə verilib. Mərkəzi Bank böhran dövründə digər banklara da bu və ya digər formada yardımlar göstərmişdir, o cümlədən valyuta svopları vasitəsilə. Yəni valyuta girovları əsasında kreditlər verilib. Hazırda ehtiyacı olan banklarda da vəsaitlərimiz var. Əlavə edim ki, bu vəsaitlərin çox ciddi girov əsasları da var”.
45 MİLYONLUQ BORC
Xəbər verdiyimiz kimi, 2018-ci ilin 3-cü rübündə "AG Bank" Mərkəzi Bankdan 5 milyon manat borc alıb. 30 İyun 2018-ci il tarixində Mərkəzi Bankın "AG Bank"a qarşı tələbləri 40 milyon manat təşkil etmişdi. 30 Sentyabr 2018-ci il tarixində bu məbləğ 45 milyon manata çatıb.
Marja.az