Afrikada mobil bankinq yeni vüsət alır | Banco.az

Afrikada mobil bankinq yeni vüsət alır

Afrikalı istifadəçilər maliyyə əməliyyatları həyata keçirmək, hesabları ödəmək, alış-veriş etmək, əmanətlərini idarə etmək və ya nağd vəsaitə çıxış əldə etmək üçün getdikcə daha çox mobil bankçılıq xidmətlərindən istifadə edirlər. Mobil bankinq xüsusən Tropik Afrika ölkələrində daha popilyardır.

2014-cü ilin yekunlarına görə mobil abonentlərin sayı 635 milyona çatıb, 2019-cu ilin sonuna isə bu rəqəmin 930 mln olacağı gözlənilir.

Dünya bankının 2014-cü ilə olan rəqəmləri göstərir ki, 15 və daha böyük yaşda olan afrikalıların 29%-dən az bir hissəsi ənənəvi bank hesabına malikdir. Yalnız 10% afrikalı isə mobil telefona çıxışı olan alternativ maliyyə xidmətində yararlana bilir. Buna rəğmən Qabon, Keniya və Sudan kimi ölkələrdə mobil hesabların yayılma əhatəsi 50%-ə çatır.

Ən sərfəli kredit üçün müraciət et

Ümumilikdə, Dünya Bankının hesablamalarına görə, Tropik Afrikada mobil telefon istifadəçilərinin 16%-i öz telefonundan, həm də bank xidmətləri  almaq məqsədi ilə istifadə edir. Bu göstərici mobil bankinqin digər regionlardakı inkişaf tempini üstələyir və çox güman ki artmaqda davam edəcək.  

Təkcə 2014-cü ildə afrikalı emiqrantlar qitəyə 67 milyard dollara yaxın vəsait köçürüblər, nəzərə alsaq ki, mobil köçürmə provayderlərinin komisyonları ənənəvi Western Union tipli xidmətlərdən daha aşağıdır, onda istifadəçilər daha fəal şəkildə mobil bankinqə üz tutacağını gözləmək olar.