Müəllif - Aida İsaq, Banco.az
Afrika ölkələri Rusiyadan buğda alışını artırıb.
Banco.az xəbər verir ki, bu barədə Rusiya Taxıl İttifaqının departament direktoru Yelena Tyurina bildirib. Onun sözlərinə görə, ölkəsi ötən mövsüm Birləşmiş Ərəb Əmirlikləri, Keniya, Tanzaniya, Anqolaya buğda ixracını həyata keçirməyib. O, cari mövsüm Afrikaya kifayət qədər aktiv tədarüklərin göndərildiyini qeyd edib.
Qeyd edək ki, fevralda ötən illə müqayisədə Rusiyadan taxıl məhsullarının ixracı 35,4% artaraq 3,7 milyon ton təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!