Afrika G20-nin daimi üzvlüyünə tələb irəli sürüb | Banco.az

Afrika G20-nin daimi üzvlüyünə tələb irəli sürüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Afrika Birliyinin (AfB) sədri Maki Sal G20-nin daimi üzvlüyünə tələb irəli sürüb.

Banco.az xəbər verir ki, Seneqalın prezidenti və Afrika Birliyinin (AfB) hazırki sədri Maki Sal İndoneziyanın Bali şəhərində keçirilən G20 Sammiti çərçivəsində keçirilən “Enerji və Ərzaq Təhlükəsizliyi” adlı paneldə çıxış edib.

Afrikanın beynəlxalq arenada danılmaz tərəfdaş olduğunu qeyd edən Sal Ümumi Daxili Məhsul (ÜDM) baxımından qitənin dünyanın 8-ci iqtisadiyyatı olduğunu bildirib.

O, Afrikanın dünya əkin sahələrinin 60 faizdən çoxuna sahib olduğunu xatırladaraq qitə əhalisinin 2050-ci ildə 2,5 milyarda çatacağını söyləyib.

Odur ki, təmsil etdiyi qitənin G20-yə daimi üzv seçilməsini tələb edən sədr, "Mən həmkarlarımı bu reallıqlar fonunda Afrikanın G20-yə daimi üzvlüyü ilə bağlı hərəkətə keçməyə çağırıram", deyə fikrini ifadə edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et