Müəllif: Tamara Mustafayeva, Banco.az
Çinə görə, Afrika beynəlxalq rəqabətin mərkəzi olmamalıdır.
Banco.az xəbər verir ki, Çinin Xarici işlər naziri Çin Qanq bəyan edib ki, Afrika beynəlxalq rəqabət mərkəzi deyil, beynəlxalq əməkdaşlıq üçün aparıcı yer olmalıdır.
Nazir bu barədə Afrika səfəri çərçivəsində Efiopiyada verdiyi müsahibədə bildirib.
O, Afrika qitəsinin qlobal güclərin rəqabət mərkəzinə çevrilməməli olduğunu iddia edib.
Afrika Birliyi Komissiyasının sədri Musa Faki Məhəmməd isə Afrika adından hər kəslə qarşılıqlı hörmət çərçivəsində əməkdaşlığa və tərəfdaşlığa hazır olduqlarını vurğulayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!