"AFB Bank"ın rəhbərliyinə yeni TƏYİNAT | Banco.az

"AFB Bank"ın rəhbərliyinə yeni TƏYİNAT

"AFB Bank" ASC-nin rəhbərliyinə yeni təyinat baş tutub. Anar Bayramov bankın baş direktoru vəzifəsinə təyin olunub.

Beləliklə, bankın baş direktorlarının sayı 3-ə çatıb.

A.Bayramov bank sektorunda 2006-cı ildən fəaliyyətə başlayıb. Belə ki, 2006-2008-ci illərdə "AccessBank"da daxili auditor vəzifəsini tutub, 2008-2013-cü illərdə isə "Yapı Kredi Bank Azərbaycan"da analoji vəzifədə çalışıb. 2013-2017-ci illərdə isə "Yapı Kredi Bank Azərbaycan"da filial direktoru kimi fəaliyyət göstərib.

Mənbə: Apa.az