AFB Bank YENİ vakansiya elan edir! | Banco.az

AFB Bank YENİ vakansiya elan edir!

AFB Bank Hüquq departamentində korporativ hüquq şöbəsinin hüquqşünası vəzifəsinə vakansiya elan edir.

 

Vəzifə: Hüquq departamentinin korporativ hüquq şöbəsinin hüquqşünası          

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küç. 112 (Mərkəzi ofis)

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

• Ali hüquq təhsili;

• 2 il iş təcrübəsi;

• Bank hüququ sahəsində biliklər;

• Analitik düşünmə və təhlil bacarıqları;

• Kollektivdə işləmək bacarığı;

• Stressə davamlılıq.

 

Ən sərfəli kredit üçün müraciət et

 

İŞİN TƏSVİRİ:

• Bankın fəaliyyətini tənzimləyən daxili qaydaların bazasını yaratmaq;

• Əmr və sərəncamların layihəsini hazırlamaq;

• Bankın təklif etdiyi məhsul və xidmətlər üzrə müqavilələrin layihəsini hazırlamaq;

• Kontragentlərlə, o cümlədən xarici kontragentlərlə bağlanan müqavilələri ekspertiza etmək;

• Qanunvericilikdə olan yenilikləri şərh etmək, daxili qayda və müqavilələrə müvafiq düzəlişlər etmək;

• İdarəetmə orqanlarının iclaslarında katiblik etmək.

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Korporativ hüquq şöbəsinin  hüquqşünası” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

 

Ərizə qəbulu üçün son tarix - 5 may 2018-ci il.