AFB Bank Risklərin təhlili şöbəsinə rəis vakansiyası elan edir | Banco.az

AFB Bank Risklərin təhlili şöbəsinə rəis vakansiyası elan edir

AFB Bank Risklərin təhlili şöbəsinə rəis vakansiyası elan edir.

RİSKLƏRİN İDARƏ EDİLMƏSİ DEPARTAMENTİ

Vəzifə: Risklərin təhlili şöbəsinin rəisi

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə) 
Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küç. 112 (Mərkəzi ofis) 

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

  • İqtisadiyyat, riyaziyyat və ya biznesin idarəedilməsi üzrə ali təhsil;
  • Risklərin idarə olunması, maliyyə, audit/mühasibatlıq üzrə azı 3 il təcrübə;
  • MS Office, o cümlədən MS Excel-dən təkmil istifadə bacarığı;
  • Yüksək səviyyədə Azərbaycan və İngilis dili bilikləri;
  • Məntiqi və analitik düşünmə tərzi, yüksək təqdimat bacarığı;
  • Ünsiyyət qurmaq qabiliyyəti, kollektivdə çalışma, idarəetmə təcrübəsi;
  • Xaricdə təhsil almış, o cümlədən FRM, PRM və CFA sertifikat sahibləri və bu imtahanlar üzrə mərhələ keçənlərə üstünlük veriləcək.

 

Ən sərfəli kredit üçün müraciət et

İŞİN TƏSVİRİ:

  • Risklərin təhlili və minimallaşdırılması üzrə təkliflərin verilməsi;
  • Kredit, bazar və əməliyyat risklərinin idarə edilməsi və təkmilləşdirilməsi üçün təkliflərin verilməsi;
  • Risk menecment alətlərinin generasiyası və tətbiq edilməsi;
  • Risk modellərinin qurulması və yenilənməsi;
  • Bankdaxili prosedurların qiymətləndirilməsi və təkmilləşdirilməsini təklif etmək;
  • Stress-testlərin keçirilməsi və müəyyən edilən risklərin azaldılması məqsədi ilə tədbirlər planın hazırlanması.

 

Qeyd: Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Risklərin təhlilişöbəsinin rəisi” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

Müraciət üçün son tarix – 30 oktyabr 2017-ci il.

Ən sərfəli krediti almaq üçün müraciət et