“AFB Bank” ASC 2018-ci ili 21 milyon 654 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank 2017-ci ili 12 milyon 186 min manat zərər ilə bağlaymışdı.
Ötən il“AFB Bank”ın cəmi gəlirləri 45 milyon 260 min manat, o cümlədən faiz gəlirləri 33 milyon 939 min manat, qeyri-faiz gəlirləri 11 milyon 323 min manat təşkil edib. 2017-ci illlə müqayisədə 2018-ci ildə Bankın cəmi gəlirləri 25%, faiz gəlirləri 37,5% artıb, qeyri-faiz gəlirləri isə cüzi azalıb.
2017-ci ildə "AFB Bank"ın cəmi gəlirləri 36 milyon 196 min manat, o cümlədən faiz gəlirləri 24 milyon 674 min manat, qeyri-faiz gəlirləri 11 milyon 522 min manat təşkil etmişdi.
Ötən il faiz və qeyri-faiz xərcləri xaric Bank 19 milyon 358 min mant əməliyyat mənfəəti əldə edib. Eyni zamanda depozit və kredit itkiləri üçün yaradılmış ehtiyatın 4 milyon 597 min manatı azad olub və mənfəətə əlavə edilib. 23 milyon 955 min manat mənfəətdən 2 milyon 301 min manat mənfəət vergisi ödənilib. Nəticədə, Bank ötən ili 21 milyon 654 min manat xalis mənfəət ilə bağlayıb.
2017-ci ildə faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra “AFB Bank”ın 17 milyon 820 min manat əməliyyat mənfəəti qalmışdı. Lakin “AFB Bank” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 30 milyon 6 min manat ayırdığından həmi ili 12 milyon 186 min manat zərər ilə başa vurmuşdu.
31 Dekabr 2018-ci il tarixinə “AFB Bank”ın cəmi aktivləri 417 milyon 530 min manattəşkil edib ki, bu da illik müqayisədə 15,5% azdır. Aktivlərin 151 milyon 913 min manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. 2018-ci ildə Bankın müştərilərə verdiyi xalis kreditlər 11,3% azalıb.
2017-ci ilin sonunda "AFB Bank" 494 milyon 620 min manat cəmi aktivlərə, o cümlədən 163 milyon 193 min manat xalis kredit portfelinə malik idi.
“AFB Bank”ın səhmlərinin 99,64%-i "Gilan" MMC-yə məxsusdur.
Marja