2026-cı ilin ilk rübünün yekunlarına əsasən, AFB Bank kredit və depozit portfeli üzrə diqqətçəkən nəticələr nümayiş etdirib. Bank həm biznesin maliyyələşdirilməsi, həm də əmanət bazasının genişləndirilməsi istiqamətində müsbət dinamikanı davam etdirir.
Açıqlanan göstəricilərə görə, AFB Bank-ın kredit portfeli 328 milyon manata çatıb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 20 faiz artım deməkdir. Bankın kreditləşmədə aktiv mövqeyi xüsusilə sahibkarlığın dəstəklənməsi və pərakəndə müştərilər üçün maliyyə həllərinin genişləndirilməsi ilə əlaqələndirilir.
Depozit portfeli üzrə də bank müsbət nəticə göstərib. İlk rübdə AFB Bank depozit portfelini 21,2 faiz artıraraq sektor üzrə ən yüksək artım tempinə sahib bank olub. Bu nəticə müştərilərin banka olan etimadının və təqdim olunan əmanət məhsullarına marağın artdığını göstərir.
Maliyyə sektorunda müşahidə olunan rəqabətli mühit fonunda həm kredit, həm də depozit portfelində paralel artım əldə etmək bankın balanslı inkişaf strategiyasından xəbər verir. Ekspertlərin fikrincə, bu cür dinamika bankın həm gəlirlilik, həm də bazar payı baxımından mövqeyini gücləndirə bilər.
Qeyd edək ki, bank sektorunda depozit portfeli üzrə yüksək artım adətən müştəri etimadı, kredit portfeli üzrə artım isə iqtisadi aktivliyin göstəricilərindən biri hesab olunur. Bu baxımdan AFB Bank-ın son nəticələri bazar iştirakçıları tərəfindən diqqətlə izlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!
