AFB Bank-ın Sahil filialı artıq yeni ünvanda | Banco.az

AFB Bank-ın Sahil filialı artıq yeni ünvanda

Müştərilərə göstərilən xidmət səviyyəsinin inkişafı istiqamətində hər zaman yeniliklər edən AFB Bank-ın Sahil filialıartıq yeni ünvanda fəaliyyət göstərəcək.

Müasir üslubda dizayn olunmuş Sahil filialı, vətəndaşlara hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və s. bank xidmətlərini təklif edir. Yenilənmiş filial həm fiziki, həm də hüquqi şəxslərə xidmət göstərməkdə davam edəcək.

“Yeni ünvana köçürülən Bankımızın Sahil filialı müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün zəruri şərait və imkanlarla təmin olunub. Hər kəsin bankı olmağı hədəfləyən və yeni inkişaf strategiyasını həyata keçirən bankımız yaxın gələcəkdə həm paytaxtda, həm də regionlarda yeni filiallarla vətəndaşları sevindirəcək.”, - deyə, AFB Bank-ın İdarə Heyətinin sədri v.i Aydın Hüseynov bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, AFB Bank-ın Sahil filialı bazar ertəsi – cümə saat 9:30-dan 17:00-a kimi müştərilərin xidmətindədir.

Ölkənin ən dinamik inkişaf edən banklarından olan AFB Bank ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Hazırda bank 11 filial və 5 şöbəsi ilə həm hüquqi, həm də fiziki şəxslər üçün müxtəlif bank xidmətlərini təklif edir.Bu xidmətləri barədə daha ətraflı www.afb.az saytından, 1545zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindənəldə edə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç