Müəllif: Tamara Mustafayeva, Banco.az
“Adobe”un yeni süni intellekt aləti şəkilləri bir neçə saniyə ərzində redaktə edir.
Banco.az xəbər verir ki, “Adobe” bu yaxınlarda elan etdiyi "Generative Fill" funksiyası ilə böyük diqqət çəkib.
Bu funksiya “Photoshop”u daha səmərəli etməklə şəkilin redaktə prosesini əhəmiyyətli dərəcədə sürətləndirib. Mətn göstərişlərindən istifadə edərək şəkillərinizi genişləndirə bilən bu xüsusiyyət rəng, tekstura və naxış kimi faktorları nəzərə alaraq çatışmayan sahələri avtomatik olaraq doldurur.
İndi isə “Adobe” yenidən bütün diqqətləri cəlb edəcək yeni süni intellekt alətini elan edib. Belə ki, “Adobe”un "Project Stardust" adlandırdığı yeni funksiya "obyektdən xəbərdar olan redaktə mühərriki" olaraq təyin olunub. Bu funksiya sayəsində istifadəçilər saniyələr ərzində fotoşəkildəki hər hansı obyektin yerini dəyişə və bu obyektlərdə bəzi dəyişikliklər edə biləcəklər.
Qeyd edək ki, bu yeni süni intellekt aləti yaxın günlərdə keçiriləcək “Adobe Max” tədbirində təqdim ediləcək.
Bizi sosial şəbəkələrdən izləyin!!