“Adobe” şirkəti rekord gəlir əldə etdi | Banco.az

“Adobe” şirkəti rekord gəlir əldə etdi

Ötən həftə “Adobe” şirkəti sentyabrın 1-də yekunlaşan 2017-ci ilin üçüncü rübünün hesabatını dərc edib.

Lent.az-ın “ixbt.com” saytına istinadən verdiyi məlumata görə, şirkətin rüblük gəliri rekord dərəcədə yüksək olub və 1,84 milyard dollar təşkil edib. Bu, daha əvvəlki ilin eyni dövründə əldə edilmiş 1,46 milyard dollar gəlir həcmindən 26 faiz çoxdur.

Bir il ərzində şirkətin əməliyyat gəlirləri 48 faiz, xalis mənfəəti isə 55 faiz artıb. Bu gəlirləri GAAP ilə hesablasaq, o zaman müvafiq olaraq 43 və 46 faizə bərabər olar. Mütləq ifadədə rüb ərzində əməliyyat gəlirləri 546 milyon dollara, xalis mənfəət isə 420 milyon dollara bərabər olub.

Ən sərfəli kredit üçün müraciət et

Rübün sonuna olan vəziyyətdə “Adobe” şirkəti pul vəsaiti və onların ekvivalenti qismində 1,775 milyard dollara malik idi. Şirkət 3,594 milyard dollar həcmində qısamüddətli investisiyalara malikdir. Şirkətin bütün aktivlərinin ümumi dəyəri 13,9 milyard dolları keçib. Bir öncə bu göstərici 12,7 milyard dollara bərabər olub.

Ən sərfəli krediti almaq üçün müraciət et