Yəqin adlı və adsız səhmlər, istiqrazlar, qiymətli kağızlar barədə çıxan xəbərlərlə tez-tez rastlaşırsınız. Bəs onlar arasındakı fərq nədən ibarətdir? Banco.az bu terminləri sizə daha aydın şəkildə izah etməyə çalışacaq.
Adi (sadə) səhm
Sahibinə səhmdar cəmiyyətin idarə heyətinin üzvlərinin seçilməsində və səhmdarların ümumi yığıncağında səhmdar cəmiyyətinə aid olan digər məsələlərin həll edilməsində iştirak etmək hüququnu verən səhm. Səhmdar cəmiyyətin mənfəətindən imtiyazlı səhm sahiblərinə divident faizi ödənildikdən sonra qalan mənfəətin bir hissəsi adi səhm sahibləri arasında divident şəklində bölüşdürülür. İmtiyazlı səhmdən fərqli olaraq adi səhmlər üzrə divi dentin həcmi səhmdar cəmiyyətin mənfəətinin həcmindən asılı olaraq dəyişir.
Adlı (qeydiyyatdan keçmiş) istiqraz
Emitent-şirkətin reyestrində sahibinin adına qeydiyyata alınmış istiqraz. Belə istiqrazlar üzrə mülkiyyət hüququ yalnız onların qeydiyyatdan keçmiş sahiblərinin razılığı ilə başqasına keçə bilər və bu proses ötürücü yazı və reyestrdə məlumatların dəqiqləşdirilməsi ilə müşayiət olunur. Əksər hallarda belə istiqrazlar üçün sertifikatlar buraxılmır, bu zaman bütün məlumatlar hesablar üzrə aparılan qeydlər şəklində mövcud olur.
Adlı qiymətli kağızlar (qeydiyyatdan keçmiş qiymətli kağızlar)
Müəyyən şəxsin adına qeydiyyatdan keçirilmiş qiymətli kağızlar. Belə qiymətli kağızların sahibləri haqqında məlumatlar emitent tərəfindən qeydiyyata alınır və onların satışı zamanı sahiblərinin ötürücü yazısı tələb olunur.
Adlı veksel
Üzərində sahibinin adı qeyd olunmuş veksel. Bu veksel üzrə əməliyyatlar sahibinin tanınmasını tələb etdiyindən onu başqa bir şəxsə ötürmək olmur.
Adsız istiqraz
Təqdim edənə faiz və borc məbləğinin alınması hüququnu verən istiqraz.
Adsız qiymətli kağız
Sahibi haqqında heç bir yerdə qeydiyyat aparılmayan qiymətli kağızlar. Bu qiymətli kağızlar üzrə sahiblik hüququ müvafiq sertifikatı təqdim edən şəxsə aiddir. Anonimliyini saxlamaq istəyən investorlar üçün maraqlıdır.
Adsız səhmlər
Sahibi haqqında heç bir yerdə qeydiyyat aparılmayan səhmlər. Bu səhmlər üzrə sahiblik hüququ müvafiq sertifikata malik olan şəxsə aiddir. ABŞ və Böyük Britaniyada səhmlərin belə forması artıq sıradan çıxmışdır
Sadə veksel
Sadə veksel müəyyən müddət ərzində müəyyənləşdirilmiş yerdə veкsel verənin müvafiq pul məbləğini veкsel saхlayana ödəmə öhdəliyinin və ya оnun əmrinin göstərilmədiyi adi qiymətli кağızdır. Adi veкselin iкi iştiraкçısı var: verilmiş veкsel üzrə ödəniş etməli оlan ilк veкseli əldə edən və həmin veкsel üzrə ödənişi qəbuletmə hüququna maliк оlan şəхs.
Sadə veкsel təminatı оlmayan abstraкt pul sənədidir. Оnun fərqləndirici хüsusiyyətlərinə aiddir:
- ötürülmə imкanlarının olması;
- dövriyyəsiz yazıları həyata кeçirmiş şəхslərdən başqa, оrada iştiraк edən şəхslərin birgə məsuliyyəti;
- yazıların nоtarial təsdiqi zəruriyyətinin mövcud оlmaması;
- müəyyən оlunmuş müddətə veкselə görə ödəniş edilmədiкdə nоtarial qaydada etiraz.
Ödəniş müddəti göstərilməyən sadə veкsel tələb üzrə ödənilməli оlan veksel hesab оlunur. Veкselin tərtibat yeri barədə хüsusi göstərişin оlmaması ödəniş yeri və veкsel verənin yaşayış yeri кimi hesab оlunur. Tərtibedilmə yeri göstərilməyən sadə veкsel veкsel verənin adının yaхınlığında göstərilən yerdə imzalanmış hesab оlunur.