Adınıza uyğun sizi ifadə edən rənglər hansıdır? | Banco.az

Adınıza uyğun sizi ifadə edən rənglər hansıdır?

Aida İsaq, Banco.az

Proqram tərtibatçıları internet istifadəçiləri üçün yorucu funksiyaları olmayan, lakonik və əyləncəli saytlar hazırlayıb təqdim edir. Bunlardan növbətisi adlarınızın hansı rənglərə uyğunlaşması ilə bağlı olan veb saytdır. 

Sözügedən veb saytın qurucusu Bernadette Sheridanın verdiyi açıqlamalar müvafiq layihəyə olduqca maraq yaradıb. CEO-su tərəfindən "Adınız hansı rəngdədir?" adlandırılan sayt adınızın hər bir hərfi üçün xüsusi rəng tonu seçir.

Adınız hangi renk?

Beləliklə, adınızın hansı rənglərdən ibarət olduğunu asanlıqla öyrənə bilərsiniz. Burada hərflərə təyin olunan rənglərin təsadüfi olmaması xüsusilə qeyd olunur. Başqa sözlə, hərflər və rənglər sistemli bir şəkildə hazırlanıb.

Bernadette Sheridan bu veb saytı hazırlamazdan əvvəl adları tamamilə qarışdırdığını və yaddaşında saxlaya bilmədiyini bildirib. "Sinesteziya" adlandırılan bu vəziyyətdən faydalanaraq Sheridan adları unutmamağa başlayır və bunu digər insanlarla bölüşür. Nəticədə adınıza uyğun rəngli sayt ideyası öz tətbiq fəaliyyətinə başlamış olur.

sinestezi

Sinesteziya nəyi ifadə edir?

Sinesteziya - iki və daha artıq müxtəlif fiziki sahəyə məxsus qavrayışın birləşməsidir. Məsələn : rəng və səs. Beləliklə insanlar bir səs və ya rəng duya bilərlər. Tez-tez belə bir vəziyyətlə qarşılaşan  insanları tam müəyyən etmək olmur.

Ən sərfəli kredit üçün müraciət et

Tədqiqatlar bu vəziyyətdən əziyyət çəkən insanların eyni hərf üçün eyni rəngi səsləndirdiklərini söyləyir. Bu nəticələr birləşdirildikdə müəyyən rəng şkalası meydana gəlir. Sheridan da bu göstəricilərdən istifadə edərək veb sayt yaradır. Ancaq qeyd etmək lazımdır ki, Sinesteziya yalnız hərflər və rənglər arasında deyil, həm də ədədlər, rənglər və ya digər ifadə vasitələri ilə də yarana bilər.

Əgər siz də adları yaddaşınızda saxlaya bilmirsinizsə və ya sinesteziyanın sizdə ola biləcəyini düşünürsünüzsə, yadda saxlaya bilmədiyiniz adları və öz adınızın hansı rənglərlə təmsil olunduğunu asanlıqla öyrənə bilərsiniz.

Veb sayta daxil olmaq üçün buradakı linkdən istifadə edə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et