ADIF-in əvvəlki fəaliyyəti nəzərdən keçirilir | Banco.az

ADIF-in əvvəlki fəaliyyəti nəzərdən keçirilir

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) bütün fəaliyyət dövrü nəzərdən keçirilir.

Bunu Fondun icraçı direktorunun müavini Vüqar Abdullayev ləğv prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin bugünkü iclasında deyib.

Bundan başqa, o, qeyd edib ki, bağlanmış banklarla bağlı hüquq-mühafizə orqanlarına 500-dən çox sənəd təqdim olunub. ADIF rəsmisinin sözlərinə görə, bu işlər 600 mln. manatdan artıq vəsaiti əhatə edir.

V.Abdullayev “Bank Standard”dan vaxtilə 0%-lə kredit verilməsi məsələsinə də münasibət bildirib: “Hesab edirəm ki, kreditlərin nəinki 0%-lə, hətta yüksək faizlə verilməsi də düzgün deyil. Şişirdilmiş gəlirlərə ehtiyac yox idi”.

Mənbə: Report.az