"Adidas"da milyonlarla avroluq rüşvət qalmaqalı | Banco.az

"Adidas"da milyonlarla avroluq rüşvət qalmaqalı

Müəllif:Ayşən İmanova/Banco.az

Almaniyanın idman geyimləri istehsalçısı “Adidas” Çin bölməsində milyonlarla avro dəyərində rüşvət iddiaları ilə bağlı araşdırmaya başlayıb.

Banco.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Məlumata görə, sosial şəbəkələrdə "Adidas China" şirkəti əməkdaşlarının yazdığı iddia edilən anonim məktub peyda olub. Məktubda bildirilir ki, yüksəkvəzifəli əməkdaşlar şirkətin xarici təchizatçılarından geri ödəmələr alıblar və həmçinin ildə 250 milyon avro marketinq büdcəsi ilə çalışıblar.

“Adidas” açıqlamasında qeyd ki, şirkət fəaliyyət göstərdiyi bütün bazarlarda hüquqi, daxili və etik standartlara əməl etməyə sadiqdir və Çindəki vəziyyəti xarici məsləhətçi ilə hərtərəfli araşdırmağı planlaşdırır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram