"Adidas" "Reebok"un satışını başlatdı | Banco.az

"Adidas" "Reebok"un satışını başlatdı

Tamara Mustafayeva, Banco.az

Almaniyanın idman geyim markası "Adidas" qlobal idman geyimləri bazarındakı mövqeyini gücləndirmə planı çərçivəsində "Reebok" şirkətinin rəsmi satış prosesini başlatdığını elan edib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, "Adidas" firması 10 mart tarixində strateji biznes planlarını açıqlayarkən sözügedən məsələ ilə bağlı da təfərrüatları bölüşəcək.

Qeyd edək ki, 2006-cı ildə satın aldığı "Reebok" şirkətini satacağı ilə bağlı açıqlamadan sonra "Adidas"ın səhmləri Frankfurt birjasında 3,5% dəyər itirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram