AÇG yatağından 10 milyard dollara yaxın gəlir əldə edilib | Banco.az

AÇG yatağından 10 milyard dollara yaxın gəlir əldə edilib

Dövlət Neft Fondu 01 yanvar 2019-cu il tarixinə Azəri- Çıraq-Günəşli və Şahdəniz üzrə gəlirlərini açıqlayıb.

Fonddan daxil olmuş məlumata görə, 01.01.2019 tarixinə AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlər (2001-ci ildən etibarən) 138 milyard 206 milyon ABŞ dollarına çatıb. 

Ötən il AÇG yatağından 9 milyard 720 milyon ABŞ dolları gəlir əldə edilib. O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 245 milyon ABŞ dolları təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

2007-ci ildən etibarən Şahdəniz yatağı üzrə qazın satışından əldə olunan ümumi gəlirlər 2 milyard 506  milyon ABŞ dollarına çatıb.  

Marja