"AccessBank"ın rəhbəri dəyişib | Banco.az

"AccessBank"ın rəhbəri dəyişib

Bankın Müşahidə Şurasına yeni sədr seçilib

6 iyul 2017-ci il tarixində AccessBank-ın SəhmdarlarınınÜmumi Yığıncağı keçirilib və iclasda Bankın fəaliyyəti ilə bağlı bir sıra məsələlərə baxılıb. Yığıncaqda Müşahidə Şurasının yeni tərkibi müzakirə olunub və nəticədə Müşahidə Şurasının yeni sədri və yeni üzvü seçilib. Yeni sədr vəzifəsinə Doktor Yan Klasen seçilib, o, bu vəzifədə Orxan Aytemizi əvəz edib. Müşahidə Şurasına yeni üzv qismində isə Emre Yıldız daxil olub. 

Yan Klasen və Emre Yıldız bank işi sahəsində zəngin təcrübəyə malikdirlər və hər biri Avropanın aparıcı maliyyə qurumlarında yüksək vəzifədə çalışırlar.

Hazırda Bankın Müşahidə Şurasının yeni tərkibi aşağıdaki kimidir:

  1. Doktor Yan Klasen – sədr
  2. Sayed Aftab Ahmed – üzv
  3. Tomas Enqelhardt – üzv
  4. Rayner Müller-Hanke - üzv
  5. Emre Yıldız - üzv

Daha ətraflı məlumatı Bankın rəsmi internet səhifəsindən əldə etmək mümkündür. 

Ən sərfəli kredit üçün müraciət et

AccessBank 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb. Azərbaycanın aparıcı banklarından biri olan AccessBank tam çeşidli bank xidmətləri təqdim edir.