AccessBanka etibar edən əmanətçilər artır | Banco.az

AccessBanka etibar edən əmanətçilər artır

AccessBank 2017-ci ilin ilk rübünə olan nəticələri açıqlayıb. Bankın cəmi kapitalında və depozit portfelində artım qeydə alınıb, bu haqda bankın maliyyə göstəriclərinə istinad edən Banco.az portalı məlumat verir.

Cari ilin ilk rübündə AccessBankın depozit portfeli 301 mln 795 min manat təşkil edib, bu da ötən ilin sonundan təxminən 6% daha çoxdur. Bankın cəmi kapitalında da  2016-cı ilin sonu ilə müqayisədə 28% artım qeydə alınıb və cəmi kapitalın həcmi 67 mln 348 min manata çatıb.

Qeyd edək ki, 15 mart 2017-ci il tarixində AccessBank-ın səhmdarların 34.85 mln manat məbləğində 8.2 mln yeni səhmlərin əldə etməsi nəticəsində Bankın nizamnamə kapitalı 119.85 mln manata çatdırılıb. Depozit portfelindəki artımı isə əhalinin belə çətin dövrlərdə AccessBanka etibar etməsi ilə izah etmək olar

Ən sərfəli kredit üçün müraciət et

Bankın aktivləri və kredit portfelinin həcmində isə ötən ilin sonuna nisbətən cüzi azalma müşahidə olunsa belə, bankın aktivlərin həcmi 993 milyon 814 min manat olmaqla, ölkədə ən böyük gösətəricilərdən hesab olunur. 

Cari ilin ilk rübünə olan məlumata əsasən, AccessBankın faiz gəlirləri 29 mln 683 min manat təşkil edib. Həmin dövrə olan xalis faiz mənfəəti 11 mıln 617 min manat, olduğu halda bankın qeyri faiz zərəri 1 mln  920 min, qeyri faiz xərcləri isə 17 mln 396 min təşkil edib. 

Könül Soltanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et