AccessBank yeni konseptli növbəti filialını təqdim edir | Banco.az

AccessBank yeni konseptli növbəti filialını təqdim edir

AccessBank filial şəbəkəsini yeni konseptsiyaya uyğunlaşdırmağa davam edir. Bank, bu dəfə Lənkəran filialını yeni konseptdə müştərilərin xidmətinə təqdim edib. Yeni konseptsiya əsasında təmir edilən filial şəhərin mərkəzində - Həzi Aslanov xiyabanında yerləşir. Filial müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, valyuta mübadiləsi və s. bank xidmətlərini təklif edir. 

AccessBank filial şəbəkəsinin yenilənməsi və genişləndirilməsi layihəsinə ötən ildən başlayıb. Artıq Binəqədi və Mərdəkan filiallarında yenidənqurma işləri aparılıb, Şəmkir filialının isə açılışı reallaşdırılıb.

Layihəyə uyğun olaraq, digər filialların da yeni konseptsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və nümayəndəliklərin açılması nəzərdə tutulub.

AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası  və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla, 29 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et