AccessBank Visa İnternational tərəfindən mükafata layiq görülüb | Banco.az

AccessBank Visa İnternational tərəfindən mükafata layiq görülüb

AccessBank Visa ödəniş sistemi tərəfindən 2016-cı ildə korporativ kartlarının portfeli üzrə ən yüksək artım göstərdiyinə görə mükafata layiq görülüb. AccessBank, ölkənin aparıcı banklarından biri olaraq təqdim etdiyi kart məhsulları və xidmətlərinin çeşidi və keyfiyyəti üzrə də ön mövqelərdədir.

Nağdsız ödənişlərin artmasına görə ödəniş kartları da ən əlverişli və rahat ödəniş vasitəsinə çevrilir. Bank 3 il müddətinə, manatda, dollar, avro və funt sterlinqdə Visa Electron-dan başlayaraq Visa Infinite növünədək geniş çeşidli ödəniş kartları təklif edir. Müştərilər ən çox özündə debit və depozit kartlarının imkanlarını birləşdirən çoxfunksiyalı Visa myCard ödəniş kartına maraq göstərir. Bu kartın üstünlükləri odur ki, kart hesabındakı qalığa illik 6%-ə qədər gəlir əldə etmə və AccessBank-ın bankomatlarında komissiyasız nağdlaşdırma imkanını yaradır.

AccessBank-ın ödəniş kartlarının bütün sahibləri üçün Bank bir çox əlavə xidmətlər təqdim edir:

MyAccess - 24/7 rejimində vəsaitləri idarə etmək üçün pulsuz onlayn bankinq xidməti

AccessQazanc – xərclənən məbləğin bir hissəsinin müştərinin kartına geri qaytarılması üçün cashback xidməti

Ən sərfəli kredit üçün müraciət et

SMS Banking - aparılan əməliyyatlar haqqında SMS-məlumatlandırma xidməti

Card-to-Card - bankomat vasitəsilə bir kartdan digər karta pul köçürmək imkanı

PİN Change - bankomat vasitəsilə PİN kodunun tez və rahat dəyişməsi

3D Secure - onlayn əməliyyatların əlavə təhlükəsizliyini təmin edən xidmət

Cash by Code – bank kartı olmayan şəxsə bankomat vasitəsilə kartdan pulun rahat və təhlükəsiz köçürülməsi.

Kart məhsulları haqqında ətraflı məlumatı Bankın rəsmi İnternet saytından, Facebook səhifəsindən və 151 nömrəsi ilə Bankın Məlumat Mərkəzinə zəng vurmaqla əldə etmək olar.