AccessBank tələbə təqaüd proqramını elan edir! | Banco.az

AccessBank tələbə təqaüd proqramını elan edir!

AccessBank tələbə təqaüd proqramı proqramını elan edir.

Proqramın məqsədi yüksək potensiala malik tələbələrə dəstək olmaqdır.

Tələbə təqaüd proqramı üzrə seçilmiş 10 tələbə növbəti semestr ərzində aylıq 100 AZN təqaüd alacaq. Bununla yanaşı, həmin tələbələr bankda təcrübə keçmək və bankın müxtəlif təlim və korporativ tədbirlərində iştirak etmək şansı əldə edəcək. Müsabiqə 2018-2019-cu tədris ili üzrə, bütün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin bakalavr pilləsinin əyani şöbəsinin III və IV kurslarında, iqtisadiyyat yönümlü ixtisaslarında təhsil alan tələbələr arasında keçirilir.

 

Seçim turu dörd mərhələdən ibarətdir.

Birinci seçim mərhələsi

Birinci seçim mərhələsi noyabrın 18-dək davam edəcək. Qeyd olunmuş şərtlərə uyğun tələbələr iştirak üçün onlayn ərizə formasını doldurmalıdır.

İkinci seçim mərhələsi

Ərizə formasının qiymətləndirilməsi əsasında ikinci mərhələyə keçmiş tələbələrin məntiq və riyazi bilikləri yoxlanılacaq. Tələbələr 60 dəqiqə ərzində 40 testi cavablandıracaq. Növbəti mərhələyə keçid balı bütün namizədlərin nəticələri məlum olduqdan sonra AccessBank tərəfindən təyin olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

Üçüncü seçim mərhələsi

Üçüncü tur ingilis dilində müxtəlif mövzularda esselərin yazılmasından ibarət olacaq. Esselərin qiymətləndirilməsi aparılaraq mövzu ilə bağlı ən uyğun yazmış tələbələr sonuncu mərhələyə çağırılır.

Dördüncü seçim mərhələsi

Müsabiqənin sonuncu turu üz-üzə müsahibələr yolu ilə keçiriləcək. Müsahibəni AccessBank-ın əməkdaşlarından ibarət xüsusi komanda həyata keçirəcək. Komandanın tərkibinə müxtəlif sahələrdən olan mütəxəssislər daxildir. Müsahibə zamanı namizədlərin akademik bilikləri, dünya görüşü, müsabiqədə iştirak motivasiyası və s. barədə suallar veriləcək. Hər bir namizəd üçün suallar fərqli ola bilər.

Hər bir seçim mərhələsi və yeniliklərlə bağlı məlumatlar namizədlərin şəxsi elektron poçt ünvanları ilə yanaşı, Bankın rəsmi məlumat kanalları (vebsayt, Facebook, Instagram, Twitter, LinkedIn) vasitəsilə də elan ediləcək.

Qoy, bilikli olan qazansın!

Ən sərfəli krediti almaq üçün müraciət et