Accessbank QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
14 Iyun 2024-cü il tarixində Bakı Fond Birjasında AccessBank QSC-nin tədavül müddəti 18 ay, nominal dəyəri 1,000 ABŞ dolları olan AZ2006004280 dövlət qeydiyyat nömrəli, 2,500,000.00 ABŞ dolları həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.
Hərrac zamanı 2 investor tərəfindən 1,000 ABŞ dolları qiymətindən 2 sifariş təqdim edilmişdir. İstiqrazların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 1,000 ABŞ dollar müəyyən edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 6.00%, faiz ödəniş dövrü isə hər 3 (üç) təqvim ayından bir təşkil edir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 2,500,000.00 ABŞ dolları təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 2,500,000.00 ABŞ dolları təşkil etmişdir.
İstiqrazların ödəmə tarixi 14.12.2025-cü ildir.
Yerləşdirmə üzrə anderrayter Unicapital İnvestisiya Şirkəti ASC-dir.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Bizi sosial şəbəkələrdən izləyin!!