“AccessBank” müştərilərinin nəzərinə vacib məlumat! | Banco.az

“AccessBank” müştərilərinin nəzərinə vacib məlumat!

“AccessBank” müştərilərinə təqdim etdiyi xidmətin keyfiyyətini artırmaq məqsədilə T24 Bank sistemində təkmilləşdirmə işlərinin aparılmasını planlaşdırır. Bu səbəbdən 19 mart saat 21:00-dan 24 mart tarixinədək aşağıda sadalanan istiqamətlər üzrə xidmət məhdudiyyətləri tətbiq olunacaq:

Bankdaxili ödəniş terminalları, “myAccess” internet və mobil bankçılıq xidmətləri, həmçinin E-manat, Milli On, Goldenpay, Hesab.az ödəniş sistemləri vasitəsilə əməliyyatların icrası müvəqqəti olaraq dayandırılacaq.

Kartlarla bağlı digər bütün əməliyyatlar – bankomatlarda nağdlaşdırma, POS terminallar ilə ödənişlər, elektron\onlayn ticarət, digər tətbiq və onlayn ödəniş kanalları vasitəsilə kartdan karta əməliyyatların icrası olduğu qaydada davam edəcək.

25 mart tarixindən etibarən bütün xidmətlər fəaliyyətlərini bərpa edəcəklər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et