"AccessBank" manatla kreditlərin verilməsinə davam edir | Banco.az

"AccessBank" manatla kreditlərin verilməsinə davam edir

Azərbaycanda ən böyük kredit portfelinə malik olan banklardan biri "AccessBank" müştərilərə milli valyutada kredit verməyə davam edir. 

 "Banco.az"a bankdan daxil olan məlumata görə, müştərilər geniş filial şəbəkəsi olan "AccessBank"ın filiallarına müraciət edərək manatla həm istehlak, həm də biznes kreditlərini rəsmiləşdirə bilərlər.

Bununla yanaşı, "AccessBank" Sahibkarlara Kömək Milli Fondu ilə əməkdaşlıq çərçivəsində ölkənin sosial-iqtisadi inkişafı üzrə prioritet sahələrin, kənd təsərrüfatı və istehsalatın maliyyələşdirilməsi məqsədilə sahibkarlara milli valyutada güzəştli kreditlər təklif etməyə davam edir.

Ən sərfəli kredit üçün müraciət et

"AccessBank"ın kreditlərini bankın köhnə müştəriləri ilə yanaşı, yeni müştərilər də, yəni bankda kredit tarixçəsinə malik olmayan yeni müştərilər, şəxsiyyət vəsiqəsi və gəliri təsdiq edən sənəd əsasında ala bilərlər.

Gəliri təsdiq edən sənəd qismində iş yerindən arayış, əmək haqqı kartının son 6 ay çıxarışı ya da elektron arayış ola bilər.

Ətraflı məlumatı (012) 151 nömrəli telefondan, bankın internet saytından, rəsmi facebook və twitter səhifələrindən əldə etmək olar.

Ən sərfəli krediti almaq üçün müraciət et