AccessBank maliyyə nəticələrini açıqladı | Banco.az

AccessBank maliyyə nəticələrini açıqladı

AccessBank kapitalını 13.12% artırdı.

Banco.az saytı bankın rəsmi saytında yerləşdirdiyi hesabatlara istinadən araşdırma edib.

Bununla yanaşı aktivlərdə də 38.17% artım qeydə alınıb.

Bankın cəmi kredit portfelində, 39,31%, xalis kredit portfelində müvafiq olaraq. 38.61 % artım müşahidə olunub. 

Devalvasiyanın müştərilərin kredit ödəmə qabiliyyətinə mənfi təsiri, özünü AccessBankın maliyyə nəticələrində də əks etdirib.

Beləliklə Bankın kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün ayırdığı məqsədli ehtiyatların həcmi 285.63 % artıb. 

 

    Faiz gəlirləri 31 657 min manat fərqlə faiz xərclərini üstələyib. 

Ən sərfəli kredit üçün müraciət et

    Faiz gəlirlərində 28.38% artım edən AccessBank, 2015-ci ilin 1-ci rübünü zərərlə başa vurub.

     Daha ətraflı şəkildə cədvəldə tanış ola bilərsiniz. 

  

   Buna baxmayaraq,  AccessBank bu ilin cari ayında Fitch Ratings agentliyi tərəfindən "Sabit" proqnozla `BBB-` dərəcəsində,"Investment Grade" səviyyəsində təsdiqlənib.

   Onu da qeyd etmək lazımdır ki,  hazırda AccessBank yerli banklar arasında ən yüksək kredit reytinqinə malikdir və Azərbaycanda "Investment Grade" səviyyəsinə yüksələn yeganə bank olaraq qalır. 

   Müəllif: Fidan Maqbet qızı