AccessBank jurnalistlərə millinin oyununu canlı izləmək fürsəti yaratdı | Banco.az

AccessBank jurnalistlərə millinin oyununu canlı izləmək fürsəti yaratdı

Oktyabrın 10-u 2015-ci il tarixində Bakı Olimpiya Stadionunda "Avro-2016"nın seçmə mərhələsi çərçivəsində Azərbaycan və İtaliya milli komandaları üz-üzə gəldi. Matç 1:3 hesabı ilə İtaliya millisinin qələbəsi ilə başa çatdı.

Azərbaycan milli yığma komandalarının sponsoru olan AccessBank yığmamıza bu çətin oyunda dəstək olmaq üçün bizlərə -yəni jurnalistlərə gözəl imkan yaratdı.

AccessBankın dəstəyi ilə ölkənin iqtisadiyyat sahəsi üzrə ixtisaslaşmış aparıcı agaentliklərin müxbir və yaradıcı heyətləri bu möhtəşəm matçı birlikdə, stadionda canlı şəkildə izləmək fürsəti əldə etmişdi. Banco.az olaraq, biz də bu dəvət üçün AccessBank komandasına təşəkkür edirik.

İstər stadion, istər də təşkilatçılıq yüksək səviyyədə idi və yağışlı havaya rəğmən oyunu canlı izləməyə gələnlərin sayı çox idi. Heyif ki, millimiz oyunu ilə bizi sevindirə bilmədi və hesab ürəyimizcə olmadı.

Ən sərfəli kredit üçün müraciət et

Daha bir maraqlı məqam isə İtaliya Futbol Federasiyası tərəfindən İtaliya yığmasının 1934, 1938, 1982 və 2006-cı illərdə qazandığı dünya kuboklarının Bakıya gətirilməsi olub. Oktyabrın 10-da gün ərzində kuboklar AFFA-nın partnyoru, Azərbaycan milli yığma komandalarının sponsoru AccessBank-ın inzibati binasında, eləcə də Bakı Olimpiya Stadionunda nümayiş olunub və arzu edənlər kuboklarla şəkil çəkdirmək imkanı qazanıb.

Həmçinin AccessBank müxtəlif futbol azarkeşlərinə millimizin oyununu canlı izləmək fürsəti bəxş edib. Azarkeşlər radio və facebook-da keçirilən “İtalyansayağı futbol” müsabiqəsində suallara düzgün cavab verməklə Azərbaycan- İtaliya matçına bilet qazanıblar. 

Banco.az, Könül Soltanova

Ən sərfəli krediti almaq üçün müraciət et