AccessBank-ın xalis mənfəəti 40% artıb | Banco.az

AccessBank-ın xalis mənfəəti 40% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

AccessBank 2024-cü ilin birinci yarısında bütün əsas göstəricilər üzrə dinamik artım nümayiş etdirib. 

Banco.az bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, AccessBank-ın xalis mənfəəti 2023-ci ilin eyni dövrünün nəticəsi ilə müqayisədə 7 milyon 728 min manat və ya 39,5% artaraq 27 milyon 197 min manata çatıb. 

Bankın aktivləri ötən ilin sonu ilə müqayisədə 86 milyon 379 min manat və ya 6,2% artaraq bu ayın əvvəlinə 1 milyard 478 milyon 666 min manat təşkil edib. 

Hesabat dövründə bankın kredit portfeli 15,1% artaraq 1 milyard 81 milyon manata yüksəlib. Depozit portfelinin həcmi isə 1 milyard 29 milyon manata çatıb ki, bu da illik müqayisədə 4,5% çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram